Rusiya daha bir gəmini vurdu

20:54 - 22 Avqust 2026 - GÜNDƏM

 Rusiya daha bir gəmini vurdu

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən Çernomorsk limanında silah və hərbi texnika daşıdığı bildirilən quru yük gəmisinə zərbə endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yüksək dəqiqlikli silahlar və PUA-larla endirilən zərbələr nəticəsində silah və hərbi texnikanın Ukraynaya çatdırılmasını həyata keçirən quru yük gəmisi, 7 yanacaq çəni və liman infrastrukturu obyektləri vurulub.

“Zərbələr nəticəsində hərbi təyinatlı yüklərin, eləcə də Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün nəzərdə tutulan yanacaq-sürtkü materiallarının boşaldılması və saxlanmasında istifadə olunan obyektlər də məhv edilib”, – məlumatda bildirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol