Yük gəmisi Benqal körfəzində batdı

22:54 - 22 Avqust 2026 - GÜNDƏM

 Yük gəmisi Benqal körfəzində batdı

Panama bayrağı altında üzən yük gəmisi Hindistanın şərqindəki Benqal körfəzində batıb.

BUTA.TV xəbər verir ki, bu barədə PTİ agentliyi məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 24 nəfər olan gəmi dəmir filizi yükü ilə Odişadan Sinqapura gedirdi.

Hazırda Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Məlumata görə, hakimiyyət orqanları hələ də neçə nəfərin xilas edildiyini müəyyən etməyə çalışır.

Gəminin hansı səbəbdən batdığı barədə məlumat verilməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol