Tokayev kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!

21:03 - 23 Avqust 2026 - GÜNDƏM

 Tokayev kişilərin qucaqlaşmasına qarşı çıxdı: Bu nədir?!

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev kişilərin qucaqlaşmasını sərt tənqid edərək, bunu ölkənin adət-ənənələrinə zidd olduğunu bildirib.

BUTA.TV Lenta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə görüşündə deyib.

Tokayev gənclər arasında qucaqlaşma ənənəsinə işarə edərək, Qazaxıstan xalqının əcdadlarının adət-ənənələrinə qayıtmalı olduğunu vurğulayıb.

"Bu, heç vaxt adət-ənənələrimizin bir hissəsi olmayıb. Xüsusilə də hərbi forma geyinmiş insanlar arasında... Generallar bir-birini qucaqlamağa başlayıb. Bu nədir?", - deyə siyasətçi qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentlər təltif edildi - Fotolar

Qazaxıstan Prezidentinin sözlərinə görə, Böyük Vətən Müharibəsində döyüşən Sovet İttifaqı marşallarını belə bir vəziyyətdə təsəvvür etmək mümkün deyildi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol