Bu, Rusiya üçün ölümcül olacaq!

09:03 - 24 Avqust 2026 - GÜNDƏM

 Bu, Rusiya üçün ölümcül olacaq!

Ukraynanın Rusiyanın neft emalı infrastrukturuna zərbələri fonunda ölkədə yanacaq böhranı daha da kəskinləşir. Kreml üçün ən pis ssenaridə bu, rejim üçün ölümcül nəticələrə gətirib çıxara bilər.

BUTA.TV xəbər verir ki, bu barədə "Döyç Velle" (Deutsche Welle) məlumat yayıb.

"Benzin çatışmazlığı artıq ölkənin ən azı 30 regionunu əhatə edib və yanacaq tədarükündəki fasilələr təkcə avtomobil sahiblərinə deyil, biznesə və logistika sektoruna da getdikcə daha ciddi təsir göstərir. Bununla belə, avqust ayında yaranan çatışmazlıq dalğası mayın sonundan iyulun ortalarına qədər davam edən əvvəlki dalğadan fərqlənir. Bu dəfə problemlər xüsusilə Moskva və Moskva vilayətində kəskin şəkildə özünü göstərib. Vəziyyət tədricən sürücülər üçün adi narahatlıq çərçivəsindən çıxır. Rusiyanın cənubunda vəziyyət xüsusilə mürəkkəbdir. Krasnodar diyarında yanacaqdoldurma məntəqələrində saatlarla davam edən növbələr olur. Hakimiyyət bunu guya mövsümi tələbat artımı ilə izah edir, halbuki yerli sakinlər hazırkı turizm mövsümünü uğursuz adlandırırlar", - məlumatda deyilib.

Qeyd edək ki, Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə ardıcıl zərbələri ölkədə kəskin yanacaq çatışmazlığına gətirib çıxarıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol