Ukrayna ordusu avqustun 24-nə keçən gecə Krasnodar və Dağıstanda (Rusiya) OZON şirkətinin logistika obyektlərinə PUA-larla hücum edib. Zərbələrdən sonra güclü yanğın başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti Teleqramda məlumat yayıb.
Qeyd olunub ki, Mahaçqalada zərbələr zamanı bir neçə nəfər xəsarət alıb.
"Bütün sistemlər ştat rejimində işləyib, biz əməkdaşları operativ şəkildə təxliyə etdik. Anbarların işi dayandırılıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, OZON şirkətinin obyektləri ilk dəfə avqustun 22-nə keçən gecə Samara vilayətində hücuma məruz qalıb.
- Rusiyada məktəblərdə zəng əvəzinə, mahnı çalınacaq
- Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənib
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto
- Bayramın qardaşı həbsdə vəfat etdi - Anasının ölümündə şübhəli idi
- Azərbaycanda ilk - Kriptovalyuta dövlət nəfinə müsadirə edildi
- Tramp qolf üçün İrlandiyaya gedir