Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

10:19 - 29 Avqust 2026 - GÜNDƏM

 Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.

BUTA.TV” APA-ya istinadən xəbər verir ki, o, avqustun 28-dən öz ərizəsi ilə işdən çıxıb.

Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.

Qeyd edək ki, V. Əhmədov 2009-cü ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə çalışıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol