Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “BUTA.TV”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70%, gündüz 45-50% olacaq.
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
- Fransada uzunmüddətli tətil xəbərdarlığı
- Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
- Gəlininin məzarına su götürmək istəyərkən - Kanalda boğuldu
- 21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!
- Rusiya Buçanı vurdu: 27 nəfər öldü
- Bakıda leysan olacaq
- Rusiyanın Ukraynaya zərbələri: 4 ölü, 30-dan çox yaralı
- Əliyev Mirziyoyevi təbrik etdi