Yaxın vaxtlarda Rusiyanın Estoniyaya qarşı təcavüzə başlayacağı ehtimalı azdır. Lakin 5, 10 və ya 15 ildən sonra vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis “Espresso”nun efirində bildirib.
Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazır olmalıdır, çünki dövlətin zəif tərəflərindən biri mülki əhalinin hazırlıq səviyyəsidir.
Karis vurğulayıb ki, Estoniyanın artıq hazırlıqlı hərbi ehtiyatı və müdafiə ittifaqı var:
“İstənilən şey baş verə bilər, amma biz hadisələrin istənilən inkişafına hazır olmalıyıq. Bu hazırlıq son dərəcə vacibdir. Bu istiqamətdə çox iş görmüşük: yaxşı hazırlıqlı hərbi ehtiyatımız, həmçinin müdafiə ittifaqımız var. Eyni zamanda, yəqin ki, zəif tərəflərimizdən biri mülki əhalinin hazırlığıdır. Bizdə sığınacaqlar və digər zəruri imkanlar kifayət qədər deyil. Bu məsələdə Ukraynadan öyrənə bilərik”.
O qeyd edib ki, hazırda Rusiya çox zəif durumdadır:
“Amma 5, 10 və ya 15 ildən sonra nə baş verəcəyini heç kim bilmir. Mən həmişə İkinci Dünya müharibəsindən əvvəlki dövrü nümunə gətirirəm. O zaman bizim möhtəşəm ordumuz var idi, amma müttəfiqlərimiz yox idi və tək idik”.
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu - Video
- Məşhur xəritə də Ontario gölünün adını dəyişdi - Foto
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video
- AB-nin qaz ehtiyatları kəskin azaldı
- Tramp Ayda bir obyektə adının verilməsini istəyir
- Retkliff Moskvada Zelenski-Putin görüşünü təklif edib