Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı

10:45 - 30 Avqust 2026 - GÜNDƏM

 Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı

Rusiyanın Stavropol diyarında Gürcüstandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşub.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə Jeleznovodsk şəhərinin İnozemtsevo qəsəbəsi ərazisində baş verib.

Regional Dövlət Yol Müfəttişliyinin məlumatına görə, “Setra” markalı avtobusun sürücüsü sürət həddini aşıb və qarşıdakı KAMAZ yük maşını ilə lazımi məsafəni saxlaya bilməyib. Toqquşmadan sonra avtobus yoldan çıxaraq xəndəyə düşüb.

Qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, 38 nəfər yaralanıb. Yaralılardan beşi uşaqdır.

Yaralılar Pyatiqorskdakı xəstəxanalara aparılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol