Böyük fəlakət: Dünyaya trilyonlarla dollarlıq ziyan vurulacaq

11:39 - 30 Avqust 2026 - GÜNDƏM

 Böyük fəlakət: Dünyaya trilyonlarla dollarlıq ziyan vurulacaq

Dünyanın iqlim şəraitinə təsir edən “El-Nino” hadisəsi trilyonlarla dollar itkiyə səbəb ola və ən çox tropik ölkələrə zərər verə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, okeanlarda suyun temperaturunun rekord səviyyəyə çatması səbəbindən qlobal istiləşmə daha da artıb.

İndiana Universitetinin alimi Kristofer Kallahan bildirib ki, “El-Nino”nun iqtisadi nəticələrinin olduqca ağır olması mümkündür. Onun apardığı tədqiqata görə, “El-Nino” xüsusilə tropik iqtisadiyyatlar üçün böyük itkilərə səbəb olacaq.

Nəşrin məlumatına görə, “El-Nino” logistikaya da təsir göstərir. Quraqlıq səbəbindən Qatun gölündə suyun səviyyəsi aşağı enib, bu da Panama kanalının operatorunu oradan keçən gəmilərin sayını azaltmağa vadar edib.

Miçiqan Universiteti də “El-Nino” tendensiyasının intensivliyinin son 40 ildə 40 faiz artdığını və cari minillik üçün pik həddə çatdığını açıqlayıb.

Qeyd edək ki, Yer kürəsinin iqlimi və havası əsasən iki hadisənin – “El-Nino”nun və “La-Nina”nın vəziyyətindən asılıdır. Birincisi, mərkəzi və şərqi Sakit Okeanda səth sularının kəskin istiləşməsi, ikincisi isə bu bölgələrin soyuması ilə əlaqələndirilir. “La-Nina” və “El-Nino” bir neçə ildən bir növbələşir ki, bu da okean axınlarında və atmosfer küləklərinin modellərində əhəmiyyətli dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər vaxtaşırı Yer kürəsinin bəzi bölgələrində quraqlığa, digərlərində isə güclü yağıntılara səbəb olur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol