Yunanıstanda Qərbi Nil virusuna yoluxma nəticəsində azı 24 nəfər həyatını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata görə, ölkədə daha 58 yoluxma halı qeydə alınıb. İlin əvvəlindən bu yana virusa yoluxanların ümumi sayı 290 nəfərə çatıb. Hazırda 32 xəstə reanimasiyadadır. Yoluxmaların təxminən yarısı Yunanıstanın cənubundakı Şərqi Attika bölgəsinin, eləcə də Afinanın şimal ərazilərinin payına düşür.
Virus artıq ölkənin 13 inzibati regionundan 6-da yayılıb.
Qeyd edək ki, Qərbi Nil qızdırması ağcaqanadlar vasitəsilə yayılan kəskin infeksion xəstəlikdir. Xəstəlik güclü baş və əzələ ağrıları, qusma və yuxululuqla müşayiət oluna bilər.
- Almaniyada benzinin qiyməti tarixi maksimuma çatdı
- Norveç səfiri Rusiya XİN-ə çağırıldı
- Rusiya ordusu Qara dənizdə iki gəmiyə zərbə endirdi
- Türkiyədə meşə yanğını: 5 helikopter, 6 təyyarə göndərildi
- “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf
- 1653-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
- Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi