ABŞ-İran müharibəsinin yenidən alovlanması Almaniyada benzinin qiymətinin tarixi maksimuma yüksəlməsinə səbəb olub.
BUTA.TV xəbər verir ki, Alman Avtomobilçilər Klubunun (ADAC) məlumatına əsasən, “Super E10” markalı benzininin bir litrinin ölkə üzrə orta qiyməti ötən gün 2,215 avroya çatıb. Bununla da 2022-ci ilin martında qeydə alınmış əvvəlki rekord (2,203 avro) yenilənib.
Həftəlik müqayisədə də benzin bahalaşıb. “Super E10” markalı benzinin qiyməti əvvəlki həftə ilə müqayisədə 2,8 sent artaraq 2,183 avro olub. Dizelin bir litri isə 2,232 avroya ucuzlaşıb və həftə ərzində 1,6 sent aşağı düşüb.
ADAC hesab edir ki, Almaniyada yanacağın hazırkı yüksək qiymətini təkcə neft bazarındakı bahalaşma ilə izah etmək mümkün deyil və qiymətlər hələ də həddindən artıq yüksəkdir.
- Bakının bu rayonunda 15 bina söküləcək
- Onlar ABŞ-a xəyanət edir - Tramp
- Almaniyada benzinin qiyməti tarixi maksimuma çatdı
- Norveç səfiri Rusiya XİN-ə çağırıldı
- Rusiya ordusu Qara dənizdə iki gəmiyə zərbə endirdi
- Türkiyədə meşə yanğını: 5 helikopter, 6 təyyarə göndərildi
- “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf
- 1653-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi