Norveç səfiri Rusiya XİN-ə çağırıldı

19:54 - 3 Sentyabr 2026 - GÜNDƏM

 Norveç səfiri Rusiya XİN-ə çağırıldı

Norveçin səfiri Heydi Olufsen "Professor Molçanov" gəmisinin saxlanılmasına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş bəyanatda deyilir.

Qeyd olunur ki, Rusiya "Professor Molçanov" gəmisinin saxlanılması ilə əlaqədar Norveçə qəti etirazını bildirib, Moskva bu cür hərəkətləri qətiyyən qəbul etmir və həbsin ləğv edilməsinə çalışacaq.

Rusiya XİN-in iddiasına görə, gəmi Şimali Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinə məxsusdur. Gəmi xüsusilə "Arktikuqol" trestinin əməkdaşlarını və alimlərin Murmanskdan Rusiyanın Barentsburq qəsəbəsinə çatdırılması üçün planlı reys həyata keçirirdi.

Bu xəbər hal-hazırda çox oxunur
Kiyevdə atışma: Zelenski üçün "yolun sonu"...

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol