Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

09:27 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub.

BUTA.TV” xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib.

Ş.Məmmədovun həyat yoldaşı və qayınatası da həmin şikayətə qoşulub. Onlar bildiriblər ki, Ş.Məmmədovun qardaşı Tural Məmmədov ailədə tez-tez münaqişə yaradır. T.Məmmədovun son olaraq qardaşı arvadının avtomobilinin təkərlərini bıçaqla kəsdiyi qeyd edilib.

Tural Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub. Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bu xəbər hal-hazırda çox oxunur
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Məhkəmədə ifadə verən 1994-cü il təvəllüdlü T. Məmmədov qardaşı arvadının avtomobilinə zərər vurduğunu etiraf edib: “Mən 2022-ci ildə avtomobil alqı-satqısı ilə bağlı şirkət yaratmışdım. Adıma avtomobillər çox olmasın deyə nəqliyyat vasitələrini qohumlarımın adına keçirirdim. Təxminən 1 ay əvvəl qardaşımdan maşını tələb etdim. O, həmin avtomobili satdığını dedi. Mən də əsəbiləşib onun xanımının avtomobilinin təkərlərini deşdim. Etdiyim hərəkətin səhv olduğunu bilirəm və peşmanam. Səhvim yalnız maşının təkərlərini deşmək olub. Təzəsini alıb qaytaracağam”.

Məhkəmə Tural Məmmədovun əməlində xuliqanlıq tərkibinin olmaması qənaətinə gəlib və icraata xitam verib.

Aslan Vəliyev


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol