"Survivor Greece" şousunun iştirakçısı Stavros Floros Dominikan Respublikasında çəkilişlər zamanı baş verən ağır qəza ilə bağlı məhkəməyə müraciət edib.
BUTA.TV xəbər verir ki, yunanıstanlı yarışmaçı tanınmış prodüser Acun Ilıcalı və onun şirkətlərinə qarşı 100 milyon dollar məbləğində təzminat davası açıb.
Tur gəmisinin pərinə ilişərək ayağını itirən Floros təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkil edilmədiyini bildirir.
Hazırda ABŞ-da müalicəsini davam etdirən və layihənin çempionu elan edilən yarışmaçının vəkilləri qəzada bilavasitə çəkiliş heyətinin və təşkilatçıların məsuliyyət daşıdığını qeyd edirlər.
Şounu yayımlayan "SKAI TV" kanalı isə çəkiliş prosesinin tam olaraq "AcunMedya"nın nəzarətində gerçəkləşdiyini açıqlayıb.
- Kiyevdə ardıcıl partlayışlar baş verdi
- Ukraynada 4 günlük atəşkəs elan edildi
- Uitkoff və Kuşner konkret təkliflə Moskvaya gedir - Tramp
- Yəməndən bəyanat: İrana heç vaxt icazə vermərik ki...
- Ərzaq qiymətləri son 4 ildə ən yüksək səviyyəyə çatdı
- Cəmi 24 manata bu evlər satışa çıxarıldı
- Zelenskinin ofisində axtarış aparıldı
- Acun Ilıcalıya qarşı 100 milyon dollarlıq iddia...