Belarusun Qrodno vilayətinin Dolqaya kəndində torpaq sahəsi ilə birgə yeddi yaşayış evi cəmi 45 Belarus rubluna (təxminən 24 Azərbaycan manatı) satışa çıxarılıb.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, ölkədə tərk edilmiş və sahibsiz qalan evlərin dövlət tərəfindən hərraca çıxarılaraq rəmzi qiymətə satılması layihəsi çərçivəsində təklif olunan bu mülklər birbaşa 1 baza vahidi dəyərində qiymətləndirilib.
Yerli icra hakimiyyətinin məlumatına görə, satışa çıxarılan hər bir evin özünəaid geniş torpaq sahəsi var və hərracsız, birbaşa müraciət qaydasında satılır.
Mülkləri təkcə Belarus vətəndaşları deyil, həm də xarici ölkə vətəndaşları maneəsiz əldə edə bilərlər. Qeyd olunur ki, bu cür addımların atılmasında əsas məqsəd kənd ərazilərini bərpa etmək, boş qalmış torpaqları təkrar təsərrüfat dövriyyəsinə qaytarmaq və regionlara yeni sakinləri cəlb etməkdir.
- Kiyevdə ardıcıl partlayışlar baş verdi
- Ukraynada 4 günlük atəşkəs elan edildi
- Uitkoff və Kuşner konkret təkliflə Moskvaya gedir - Tramp
- Yəməndən bəyanat: İrana heç vaxt icazə vermərik ki...
- Ərzaq qiymətləri son 4 ildə ən yüksək səviyyəyə çatdı
- Cəmi 24 manata bu evlər satışa çıxarıldı
- Zelenskinin ofisində axtarış aparıldı
- Acun Ilıcalıya qarşı 100 milyon dollarlıq iddia...