Aydının qonşu rayonu Milasa bağlı Çomakdağ Kızılağaç məhəlləsində nadir rast gəlinən beynəlxalq dələduzluq hadisəsi baş verib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən məşhur pəhləvanların iştirak etdiyi və əsrlərdir davam edən gecə güləşi ənənəsinin keçirildiyi məhəllədə üç gün, üç gecə davam edən toy mərasimi ilə ailə quran Özbəkistan əsilli gəlin Mamora Burxanova toyda ona taxılan təxminən 4 milyon lirə dəyərində qızıl-zinət əşyalarını götürərək səhər saatlarında evdən çıxıb və yoxa çıxıb.
Səhər oyandıqda gəlini və milyonlarla lirə dəyərində qızılları tapa bilməyən Ateşoğlu ailəsi böyük şok yaşayıb.
Ailə sonradan təşkil olunmuş saxta gəlin dələduzluğunun qurbanı olduqlarını anlayıb. Hadisə ilə bağlı polisə və Respublika Baş Prokurorluğuna müraciət edilərək şikayət ərizəsi verilib.
Özbəkistan əsilli Mamora Burxanovanın tapılması üçün axtarışlar davam edir.
- Ərdoğan Nəhyanla İranı müzakirə etdi
- Nepalda növbəti təbii fəlakət - Video
- Rusiya NATO-ya hücum edə bilərmi? - Tramp açıqladı
- BMT yeni dünya xəritəsi ilə bağlı səsvermə keçirəcək
- Tramp: Bəzi ölkələrlə ticarət dayandırıla bilər!
- Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır+Video
- İran mülki obyektləri də hədəf aldı - Qətər
- Özbək gəlin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı