Hollivud ulduzu qırmızı xalçadan uzaqlaşdırıldı - Video

06:25 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Hollivud ulduzu qırmızı xalçadan uzaqlaşdırıldı - Video

Hollivud ulduzu Nina Dobrev 83-cü Venesiya Beynəlxalq Film Festivalının açılışında qırmızı xalçada gözlənilməz hadisə ilə qarşılaşıb.

BUTA.TV” xəbər verir ki, “Vampir gündəlikləri” serialında “Yelena Gilbert” obrazı ilə dünya şöhrəti qazanan 37 yaşlı aktrisa Denni Boylun yeni filmi “Mürəkkəb”in premyerasında iştirak edib.

Dobrev qırmızı xalçada qara, parlaq libasla fotoqraflar üçün poza verərkən təhlükəsizlik əməkdaşı ona yaxınlaşaraq, aktrisanı fotosessiya etdiyi ərazidən uzaqlaşdırmağa çalışıb.

Təhlükəsizlik əməkdaşının müdaxiləsi qarşısında Dobrevin təəccübləndiyi və bir müddət nə edəcəyini anlamadığı kadrlarda aydın şəkildə görünüb. Daha sonra başqa bir festival rəsmisi aktrisaya irəliləməli olduğunu bildirib. Bundan sonra Dobrev qırmızı xalçanı tərk edib.

Bu xəbər hal-hazırda çox oxunur
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər təhlükəsizlik əməkdaşının sadəcə festival qaydalarını tətbiq etdiyini bildiriblər.

Venesiya Film Festivalında qırmızı xalçada uzun müddət poza verməyə icazə verilmir. Foto çəkilişləri üçün xüsusi yerlər ayrılır, festival əməkdaşları isə iştirakçıların növbə üzrə hərəkət etməsini təmin edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol