İtaliyanın Baş naziri Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib.
“BUTA.TV” xəbər verir ki, İtaliya hökumətinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Meloni Prezident İlham Əliyevə müraciət edərək iki dövlət arasındakı strateji tərəfdaşlığa diqqət çəkib:
“Əziz Prezident Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə təşəkkür edirəm. İtaliya və Azərbaycan illər ərzində ortaq baxış və maraqlara söykənən möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızı möhkəmləndirmək üçün birlikdə həyata keçirdiyimiz işlərlə fəxr edirəm. Əminəm ki, xalqlarımızın mənafeyi naminə bizi qarşıda yeni mühüm əməkdaşlıq imkanları gözləyir”.
Xatırladaq ki, bundan öncə dövlət başçısı C. Meloniyə təbrik ünvanlamışdı.
- Sirkdə akrobat tamaşaçıların gözü qarşısında boğuldu - Video
- Zelenski Rusiyaya hücumları dayandırmağa çağırdı
- Zelenski təsdiqlədi: Kuşner və Uitkoff bu tarixdə gəlir
- Bakıda yarış: Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
- Rusiyaya cavab zərbəsi endiriləcək - Zelenski
- Azərbaycanlı müğənni qəzaya düşdü
- Ciorcia Meloni İlham Əliyevə təşəkkür etdi
- ABŞ Türkiyə şirkətlərinə sanksiya tətbiq etdi