Yunanıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları 68 yaşlı qanuni oğru Levan Xeyranovun evinə basqın ediblər.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 2-də qeydə alınıb.
Afina və Salonikidən olan 40 polis əməkdaşı kriminal avtoritetin yaşadığı evə daxil olaraq axtarış aparıb.
Axtarış zamanı evdən qumbara və tapança aşkar edilib. Xeyranov yeni həyat yoldaşı ilə birlikdə saxlanılıb. Qadın daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Levan Xeyranov Tiflisdə anadan olub və etnik yunan mənşəlidir. O, hazırda fəaliyyətdə olan ən yaşlı qanuni oğrulardan biri hesab olunur.
- "Novaya Qazeta" xarici agent elan edildi
- Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
- Radev xəbərdarlıq etdi: Rusiya cavab zərbəsi endirəcək
- 1654-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Çarukyanın həbs müddəti 2 ay uzadıldı
- Zelenskiyə tövsiyə etdim ki... - Budanov
- Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq
- Ən yaşlı qanuni oğru arvadı ilə birgə saxlanıldı