Ərzaq qiymətləri son 4 ildə ən yüksək səviyyəyə çatdı

00:57 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Ərzaq qiymətləri son 4 ildə ən yüksək səviyyəyə çatdı

Ötən ay qlobal ərzaq qiymətləri 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib.

BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Bildirilir ki, FAO-nun ərzaq qiymətləri indeksi avqustda orta hesabla 133,3 bənd təşkil edib. Bu, 2022-ci ilin noyabrından bəri ən yüksək nəticədir.

Qiymət artımına əsasən, əlverişsiz hava şəraiti, Avropada yüksək hava temperaturu və quraqlıq, eləcə də Yaxın Şərq və Qara dəniz regionunda müharibələrlə bağlı ticarət və təchizat problemləri səbəb olub.

Bu xəbər hal-hazırda çox oxunur
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

FAO-nun məlumatına görə, avqust ayında taxıl, bitki yağları, şəkər, ət və süd məhsullarının qiymət indekslərinin hamısında artım qeydə alınıb. Taxılın qiyməti son üç ilin, şəkərin qiyməti isə son bir ilin ən yüksək səviyyəsinə çatıb.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, qlobal ərzaq qiymətlərinin yüksəlməsi ərzaq bazarlarında risklərin yenidən artdığını göstərir.

Bununla belə, avqust göstəricisi 2022-ci ilin martında, Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsinin başlamasından sonra qeydə alınmış rekord səviyyədən təxminən 17 faiz aşağıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol