Almaniyanın "Skyranger 35" zenit artilleriya sistemləri uzun müddətdir ki, Ukrayna Silahlı Qüvvələrinin xidmətindədir və Ukrayna səmasını qoruyur. Ən yeni sistemin ilk rəsmi videosu Ukrayna Hərbi Hava Qüvvələrinin 1020-ci Zenit Raket və Artilleriya Alayı tərəfindən yayımlanıb.
BUTA.TV xəbər verir ki, bu məqama "Defense Ekspress"in ekspertləri diqqət yetirib.
Görüntülərdə sistemin özü, eləcə də hava hədəfini məhvetmə anı göstərilir. Ekspertlər qeyd ediblər ki, silahın ictimaiyyətə nümayiş etdirilməsinin özü müəyyən sayda "Skyranger 35"in gizli şəkildə və “lazımsız reklam olmadan” Ukraynaya köçürüldüyünü göstərir.
"Video 3 sentyabrda yayımlansa da, təxmin etmək olar ki, 2026-cı ilin mart ayından gec olmayaraq çəkilib. Bunu ağaclarda yarpaqların olmaması və artilleriyaçıların isti geyimləri də sübut edir", - deyə qeyd edilib.
Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var+Video
- ABŞ İranla yeni razılaşma əldə etmək istəyir - FT
- Avtomobil şəhid abidəsinə çırpıldı - Video
- 1654-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Nepalda dağılmış SES tunelindən 3 nəfər sağ çıxarıldı
- Xırdalanda obyektdə güclü yanğın oldu - Video
- Prezident Melonini təbrik etdi
- Almaniyanın Ukraynaya verdiyi gizli silah - Video
- Zelenskinin bəyanatı Rusiyaya ciddi təsir göstərəcək – Politoloq