Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir-birinə bitişik yerləşən ümumi sahəsi 800 kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var+Video
Yanğın nəticəsində ümumi sahəsi 240 kv.m. olan restoranın ikinci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m. sahədə və ümumi sahəsi 72 kv.m. olan çay evi və dam örtüyünün yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.
Restoranın qalan hissəsi və bitişik yerləşən obyektlər yanğından mühafizə olunub.


- Bakıda bu yollarda məhdudiyyət olacaq
- Uitkoff Kuşnerlə yenidən Moskva və Kiyevə səfər edəcəklər
- İranda silahlı qarşıdurma: ölənlər var
- DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - Anbaan görüntülər
- Qərb İrəvandan Rusiya ilə viza rejimi tələb edir - KİV
- ABŞ İranla yeni razılaşma əldə etmək istəyir - FT
- Avtomobil şəhid abidəsinə çırpıldı - Video
- 1654-cü gün: Rusiyanın itkiləri yeniləndi