Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarənin daha üç əməkdaşı haqda cinayət işi başlanılıb.
“BUTA.TV”nun əldə etdiyi özəl məlumata görə, eks-nazirlik əməkdaşları 1 milyon manatdan artıq mənimsəmədə ittiham olunurlar.
Elnur Süleymanovdan əlavə, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev və idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.
Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil. Onlar dövlətə dəyən zərəri tam ödədikləri üçün məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib.
Ziyan ödənilməsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Elnur Süleymanov sonuncu dəfə Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. Süleymanov hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.
Sail Ağasəlim
- Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq
- Ən yaşlı qanuni oğru arvadı ilə birgə saxlanıldı
- İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova
- Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu - Video
- Putindən MDB ölkələrinə çağırış: Bu vacibdir!
- Priqojinlə mütəmadi əlaqə saxlayırdım - Budanov
- M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
- Metroya yaxın mənzil axtaranlar üçün Nərimanovda hansı seçimlər var?