Hərbi obyektdə partlayış: 2 ölü, 59 yaralı - Video

10:06 - 5 Sentyabr 2026 - GÜNDƏM

 Hərbi obyektdə partlayış: 2 ölü, 59 yaralı - Video

Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində güclü partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə "Unitel" telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər itkin düşüb, 59 insan isə yaralanıb.

Məlumata görə, yaralılardan altısı hərbçi, qalanları isə mülki şəxslərdir.

Bu xəbər hal-hazırda çox oxunur
Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Xilasetmə qrupları hadisə yerində işləyir.

Boliviyanın müdafiə naziri Ernesto Xustinianonun sözlərinə görə, partlayış pirotexniki materialların saxlanıldığı sektorda baş verib.

Qeyd edək ki, zərbə dalğası yaxınlıqdakı evlərə də ziyan vurub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol