İsrail qüvvələri Qəzzada keçirilən reydlər zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin (əks-kəşfiyyat) rəhbəri Muain Əl-Arabidi ələ keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz məlumat verib.
Məlumata görə, Əl-Arabid Qəzzanın Əl-Katib rayonunda ÇAXAL və ŞABAK-ın xüsusi təyinatlı qüvvələrinin keçirdiyi gizli basqın nəticəsində tutulub.
Bildirilib ki, onun yerinin müəyyən edilməsindən sonra İsrail aviasiyası xüsusi təyinatlıların yolunu açmaq məqsədilə rayonu azı 12 raketlə atəşə tutub.
İsrail mətbuatının məlumatına görə, Əl-Arabidin ələ keçirilməsi əməliyyatında HƏMAS-a qarşı döyüşən fələstinli qruplaşmalar da iştirak edib.
- Rusiyada iki müxalif namizəd saxlanıldı
- Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti
- Səfər təxirə düşür: Ruslar onun Kiyevə getməyini istəmir
- Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
- Kılıçdaroğlunun müavini qadına şiddət göstərdi – Anbaan video
- Polşada qatar yük maşınını ortadan böldü - Video
- Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı
- İsrail daha bir HƏMAS komandirini məhv etdi