ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cerald Kuşnerin Kiyevə səfəri sual altına düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Kiyev İndependent” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndələrinin 5-6 sentyabr tarixlərində Ukrayna paytaxtına səfər planları dəyişə bilər:
“Hazırda alternativ planlar müzakirə olunur. Ruslar onların bura, Kiyevə gəlməsini istəmirlər və Uitkoff həmişə rusların hisslərinə həssas yanaşır”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cerald Kuşnerin Kiyev və Moskvaya səfər edəcəkləri ilə bağlı məlumat yayılmışdı.
- Priqojinlə mütəmadi əlaqə saxlayırdım - Budanov
- M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
- Metroya yaxın mənzil axtaranlar üçün Nərimanovda hansı seçimlər var?
- Ukraynanın şok planı: Hava limanlarını iflic edəcək
- Rusiyada iki müxalif namizəd saxlanıldı
- Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti
- Səfər təxirə düşür: Ruslar onun Kiyevə getməyini istəmir
- Prezident bu ölkələrə yeni səfirlər təyin etdi