Dünən səhər saatlarında Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində 4 Azərbaycan vətəndaşının olduğu gəmiyə dronlarla zərbə endirilib.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Azərbaycan dənizçilərə dəstək” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, “Mert Marine Corporation” şirkətinə məxsus olan və Somali bayrağı altında üzən “TEDY” (9059200 imo) yedək gəmisi dron hücümüna məruz qalıb. Gəminin göyətəsində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya, 1 Ukrayna vətəndaşı olub.
Zədələnmiş gəmi gecə saatlarında Konstansa limanına doğru gedərkən yenidən 2 dron hücumuna məruz qalıb. Nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olub.
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Digər 2 həmyerlimiz yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.
***
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb:
“Hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
Hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.
Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırırıq” .
- Husilər Bab əl-Məndəb boğazına nəzarəti gücləndirir
- Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
- Məmurlar pullarını bankdan niyə gizlədir? – Əsas səbəb AÇIQLANDI
- Qızıl qaçaqmalçılığında təqsirləndirilən eks-baş konsul Azər Qasımovun qardaşıdır
- Bakının bu ərazilərində mənzil alanlar xeyli pul qazanacaq
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var-Yenilənib
- Məktəblərdə sinif otaqları kirayə verilir – SƏRT TƏNQİD
- “Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”