Məmurlar pullarını bankdan niyə gizlədir? – Əsas səbəb AÇIQLANDI

14:18 - 10 Sentyabr 2026 - CƏMİYYƏT

 Məmurlar pullarını bankdan niyə gizlədir? – Əsas səbəb AÇIQLANDI

“İnsanların pullarını banklarda deyil, alternativ formalarda saxlamaq üstünlüyünün müxtəlif səbəbləri var və bu, yalnız bank sektoruna olan inamsızlıqla bağlı deyil”.

Bu sözləri açıqlamasında iqtisadçı Xaliq Kərimli bildirib. Onun sözlərinə görə, başlıca səbəblərdən biri pulun mənbəyi və onun bəyan edilib-edilməməsidir:

“Böyük həcmdə vəsaiti olan şəxs banka müraciət etdikdə ondan gəlir bəyannaməsi və ya pulun mənşəyi tələb olunur. Pulu haradan qazandığına dair rəsmi cavab tapa bilməmək insanlarda narahatlıq yaradır. pizza hut

Bu məqam bəzi vəzifəli şəxslərə də şamil olunur. Məmurların mülklərinə və həyat tərzinə baxdıqda görünür ki, bu xərclər yalnız rəsmi əməkhaqqı hesabına maliyyələşə bilməz. Məmurlara bizneslə məşğul olmaq qanunla qadağan edildiyindən, bəzi qeyri-qanuni gəlir mənbələrinin varlığı ortaya çıxır və belə vəsaitləri banklarda aşkara çıxarmaq mümkün olmur”.

Ekspert qeyd edib ki, bu prosesdə digər tərəfdən, banklara olan etimadsızlıq da mühüm rol oynayır:

“Banklarda fiziki şəxslərin əmanətlərinin yalnız 100 min manata qədər olan hissəsi sığortalanır, bu məbləğdən yuxarı vəsaitlər isə sığortalanmır. Bu da iri əmanətçilərin risk qəbul etməsini çətinləşdirir.

Bununla yanaşı, bank depoziti yeganə yığım vasitəsi deyil, bazarda daha gəlirli alternativ investisiya alətləri var. Məsələn, son iki ildə qızılın qiymətində kəskin artım (müvafiq olaraq 45% və 22%) müşahidə olunub, daşınmaz əmlak bazarında isə son bir ildə təxminən 12%-lik bahalaşma qeydə alınıb.

Həmçinin vəsaitləri birbaşa biznesə yatırmaq daha yüksək gəlir vədi verir. İnsanların pulu nağd şəkildə saxlamasının başqa bir səbəbi isə çeviklik və likvidlikdir; bank depozitinə qoyulan pulu müddətindən əvvəl çıxardıqda qazanılmış faizlər itirilir, nağd pul isə dərhal qərar vermək üstünlüyü yaradır.

Pulu evdə saxlamaq onu iqtisadi dövriyyədən kənarda qoyur və heç bir fayda vermir. Yığılmış vəsaitlərin banklara və ya biznesə yönəldilməsi yeni iş yerlərinin açılmasına və maliyyə resurslarının ucuzlaşmasına səbəb olur. Banklarda pul bol olduqda onlar depozit faizlərini aşağı salır. Depozit və kredit faizləri arasında 70-80%-lik sıx bağlılıq olduğu üçün depozit faizlərinin düşməsi kreditlərin də ucuzlaşmasına gətirib çıxarır.

Yığımları yalnız dollarda saxlamaq doğru seçim sayılmır, çünki dollar da inflyasiya səbəbindən dəyərini itirə bilir. Qızıl isə inflyasiyaya qarşı ən yaxşı qoruyucu aktivlərdən biridir, lakin qiymət düşəcəyi təqdirdə zərər etməmək üçün ümumi investisiya portfelinin maksimum 20%-ni təşkil etməlidir. Qızılı yığım vasitəsi kimi külçə, sikkə və ya birjada qızıl indekslərini izləyən fondlar (ETF) şəklində almaq lazımdır. Qızıl ziynət əşyaları qətiyyən investisiya aləti deyil, çünki zərgərlik məhsulunu satarkən ustanın əməyi və emal xərcləri çıxıldığı üçün dəyəri 20-30% aşağı qiymətləndirilir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol