Sabunçuda ananın doğuşdan sonra qolları olmayan körpəsindən rəsmi şəkildə imtina etməsi ilə bağlı təfərrüat məlum olub.
TƏBİB-dən “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, iyunun 27-si saat 00:40 radələrində 1985-ci il təvəllüdlü hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
“Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, avqustun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.
Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub.
Körpə sentyabrın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib”, - məlumatda bildirilib.
- 1660-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiya Vyetnama “yaş icarə” üçün müraciət etdi
- Ukrayna Rusiyanın üç hərbi gəmisini məhv etdi
- Nazir özünə yeni müşavir təyin etdi
- Bu atları saxlayanlara 1000 manat veriləcək
- Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
- Məmurlar pullarını bankdan niyə gizlədir? – Əsas səbəb AÇIQLANDI
- Qızıl qaçaqmalçılığında təqsirləndirilən eks-baş konsul Azər Qasımovun qardaşıdır