BƏƏ-dən Əlcəzairin qərarlarına cavab

01:03 - 11 Sentyabr 2026 - GÜNDƏM

 BƏƏ-dən Əlcəzairin qərarlarına cavab

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarının müvəqqəti olacağına ümid edir.

BUTA.TV xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb.

BƏƏ iki ölkə xalqı arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin qorunmasını istədiyini bildirib.

Nazirlik Əlcəzair xalqına hörmət etdiyini və iki ölkə arasında tarixi əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Bəyanatda bildirilib ki, BƏƏ bütün ölkələrlə münasibətlərin inkişafında maraqlıdır və qarşılıqlı əməkdaşlığın, anlaşmanın və ümumi maraqların gücləndirilməsini dəstəkləyir.

Qeyd edək ki, ötən gün Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol