Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniyaya 40 milyard avro investisiya yatıracaq.
BUTA.TV xəbər verir ki, investisiya paketi BƏƏ Prezidenti Şeyx Məhəmmən bin Zayed ən-Nəhyanın Almaniyaya dövlət səfəri çərçivəsində kansler Fridrix Merz ilə görüşündə açıqlanıb.
Elan olunan 40 milyard avroluq investisiya paketi qabaqcıl rəqəmsal infrastruktura, o cümlədən yeni və müasir məlumat mərkəzlərinin yaradılmasına sərmayələri əhatə edir. Görüş çərçivəsində BƏƏ və Almaniya şirkətləri arasında ümumi dəyəri 9,3 milyard avrodan çox olan 29 niyyət protokolu və sazişin imzalandığı da açıqlanıb. Bundan əlavə, gələcəkdə Almaniya-BƏƏ İnvestisiya Şurasının yaradılmasının da nəzərdə tutulduğu və bu platformanın dövlət və özəl sektor arasında investisiyaların təşviqinə, eləcə də əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyi bildirilib.
Həmçinin iki ölkə arasında müdafiə və müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji sektorunda iki ölkənin aparıcı şirkətləri arasında tərəfdaşlıqların inkişaf etdirilməsi barədə əlavə razılaşmalar əldə olunub.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
- Ukraynalı modelin olduğu təyyarə qəzaya uğradı
- İsrail Hizbullah tunellərini partlatdı
- Zelenski ayın sonunda Trampla görüşə ümid edir
- “Bavariya” və “Yunayted”dən darmadağın, “Fənərbaxça”dan bərabərlik - ÇL-də gecənin nəticələri
- Bu ölkə Almaniyaya 40 milyardlıq investisiya yatıracaq
- BƏƏ-dən Əlcəzairin qərarlarına cavab
- “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video
- İran və Səudiyyə arasında kritik telefon əlaqəsi