“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video

22:30 - 12 Sentyabr 2026 - GÜNDƏM

 “Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video

Şəkidə “Zipline” faciəsinin qurbanlarından biri olan Coşqun Məmmədzadənin dayısı danışıb.

BUTA.TV” xəbər verir ki, mərhumun dayısı İftixar Saadov bildirib ki, hadisə barədə məlumatı ilk o alıb:

“Getdim gördüm birinci üzü saqqalı bir adam. Çəkidə Coşqunla eyni olsa da, baxdım ki, o deyil. Sonra dedilər ki, digər meyit 200 metr aralıdadır. Gedib gördüm, orada boynu əyilmiş vəziyyətdə... Sevdiyi qız da yanında idi.

Nə baş verdiyini soruşanda dedilər tros silkələnib, “rolik” yerindən çıxıb. Dedim ikisi də ağır çəkili adamdır, niyə eyni vaxtda mindirmisiniz? Dedilər ki, “rolik” 240 kilo çəkiyə davamlıdır. Bunların da ikisinin çəkisi 240 kilo olardı. İkisi də eyni zamanda xəttə olmuşdu. Biri gedib çatmalı, sonra o biri çıxmalı idi”.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol