16:09
Nəsimi rayonu, Zərifə Əliyeva göz klinikası ilə üzbəüz çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində güclü partlayış baş verib.
BUTA.TV-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb.
Hadisə zamanı yoldan keçən ortayaşlı bir kişi isə partlayış nəticəsində xəsarət alıb.
Belə ki, partlayış güclü olduğuna görə, evdəki əşyalar 18-ci mərtəbədən yerə tökülüb. Bu zaman partlayış zamanı yerə düşən soyuducu yoldan keçən bir şəxsin qarın hissəsinə girib. Ona ilkin tibbi yardım göstərilib.
Hazırda əraziyə xeyli polis əməkdaşları, yanğınsöndürən maşınlar cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.
DİN-in mətbuat xidmətindən isə bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.
Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə qeyd edilib ki, hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…