Çinin Fars körfəzi ölkələrindən yuanla neft almağa hazır olması dünyada yeni enerji nizamının formalaşmasına səbəb olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms”a İsveçrənin “Kredit Suisse” bankının analitiki Zoltan Pozhar deyib.
O bildirib ki, Çin yuanla İran, Venesuela, Rusiya və bəzi Afrika ölkələrindən xam neft və mayeləşdirilmiş təbii qaz alışını artırır. Lakin “neft yuanının doğulması” Çin Prezidenti Si Szinpinin dekabrda Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin başçıları ilə görüşü ilə bağlı olub. Məhz o zaman Szinpin Pekinin Fars Körfəzi Əməkdaşlıq Təşkilatı ölkələrinə öz milli valyutası ilə ödəniş etməyə hazır olduğunu elan edib.
Pozhar qeyd edib ki, Çin və Fars Körfəzi Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq Cənubi Çin dənizində neft və qazın birgə kəşfiyyatı və hasilatını, həmçinin neft emalı zavodlarına, kimya zavodlarına və plastik məhsullara investisiyaları əhatə edə bilər. Bu layihələrin yuanla həyata keçirilməsi qlobal enerji ticarətində böyük dəyişiklik olacaq.
- Azərbaycana yay gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava