“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask itirdiyi şəxsi vəsaitlərinin miqdarına görə dünya rekordunu qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
“BUTA TV” “Business Insider”ə istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.
“İlon Mask tarixdə külli miqdarda şəxsi vəsaitlərinin itirilməsi üzrə rəsmi olaraq dünya rekordunu qırıb”, - deyə məlumatda qeyd olunub.
Təşkilat “Forbes”in məlumatlarına əsaslanaraq belə bir qərar verdiyini açıqlayıb.
Qeyd olunur ki, İlon Mask 2021-ci ilin noyabrında dünyanın ən varlı şəxsi olub və sərvəti 340 milyard dollara çatıb. “Forbes” milyarderin o dövrdən etibarən təqribən 182 milyard dollar itirdiyini bildirir. Bununla belə, digər mənbələr Maskın əslində itkilərinin 200 milyard dollara çatdığını iddia edirlər.
Buna baxmayaraq, Mask dünyanın ən varlı ikinci şəxsi olaraq qalır.
İlon Maskdan əvvəl isə sözügedən rekordun sahibi “Softbank”ın təsisçisi, yaponiyalı sahibkar Masaesi Son idi. Belə ki, o, 2000-ci ildə 58,6 milyard dollar itirib.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video