Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç istefa verdiyini açıqladıqdan sonra kifayət qədər qeyri-adi açıqlama ilə gündəmə gəlib. Üstəlik, o, rus dilində danışıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu gün Arestoviç sosial şəbəkədəki səhifəsində vəzifəsini tərk etmək qərarına gəldiyini və hətta istefa ərizəsi yazdığını açıqlayıb. O, müvafiq sənədin şəklini də əlavə edib.
Ukraynalı vəkil Boqdan Qrebenyuk Arestoviçin qərarına sadəcə iki sözlə reaksiya verib və “yaxşı, boş yerə” yazıb. Müşavir buna kifayət qədər gözlənilməz cavab verib, onun əvvəlki istefasından sonra Rusiyanın “xüsusi əməliyyat”a başladığını xatırladıb.
“Gəlin görək, bu dəfə nə baş verəcək”, - Arestoviç bildirib.
Maraqlıdır ki, Ukrayna Prezident Ofisinin artıq sabiq sayılan müşaviri bütün şərhləri yalnız rus dilində verib.
Qeyd edək ki, Kiyevdə Ukrayna dilindən istifadə etməyən şəxslərin cərimələnməsi ilə bağlı qanun tətbiq edilib.
Qeyd edək ki, Prezident Zelenski Arestoviçin istefasını qəbul edib.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək