Goranboy rayonunda kütləvi dava baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə Düzqışlaq kəndi ərazisində yerləşən şadlıq sarayında baş verib.
Yanvarın 19-da şadlıq evində olan içkili olan şəxslər arasında dava düşüb. Nəticədə Kənan Məmmədov və bir qrup şəxs ata və oğulu döyərək, xəstəxanalıq ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, yanvar ayının 19-da Goranboy Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakinləri Rafiq Məmmədrzayev və övladı Eşqin Məmmədrzayevin rayon ərazisində Goranboy rayon sakini Kənan Məmmədov və bir qrup şəxs tərəfindən döyülməsi barədə məlumat daxil olub:
“Hazırda RPŞ-də digər şəxslərin müəyyən edilməsi və hadisəyə hüquqi qiymət verilməsi istiqamətində zəruri araşdırmalar davam etdirilir”.
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!
- Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?
- Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi
- Azərbaycan diaspor rəhbəri barəsində çıxarılan hökm ləğv edildi
- Leyla Əliyeva Mərkəzi Nəbatat bağında - Foto
- Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi