Əməkdar artist Cabir Abdullayev aparıcı Xoşqədəm Hidayətqızının tərifləyib. BUTA.TV xəbər verir ki, ARB-də efirə gedən "Günaydın Azərbaycan" verilişində qonaq olan xanəndə Xoşqədəm Hidayətqızının bütün telelayihələrinin uğur qazandığını bildirib.
Cabir Abdullayev dəvət üçün aparıcıya təşəkkür edərək, onun verilişinə qatılmaqdan məmnunluq duyduğunu dilə gətirib:
"Xoşqədəm xanımın verilişləri baxılır, sevilir. Bu yaxınlarda Ucara toya getmişdik. Qayıdanda dincəlmək məqsədilə bir çayxanada oturduq. Hamı Xoşqədəmin verilişinə baxırdı. Belə hadisələrin tez-tez şahidi oluram".
Xoşqədəm Hidayətqızı xoş sözlərə görə əməkdar artistə təşəkkür edib. O, Cabir Abdullayevin xətrini doğma qardaşı qədər istədiyini deyib.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir