Bir çox insan üçün müqəddəs olan kitabı yandırmaq olduqca hörmətsiz davranışdır.
BUTA.TV xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı açıqlamasında deyib.
“İfadə azadlığı demokratiyanın bir parçasıdır. Ancaq bir şeyin qanuni olması onun uyğun olması demək deyil. Bu gün Stokholmda baş verənlərdən narahat olan müsəlmanlara simpatiyamı bildirirəm”, - Kristersson bildirib.
İsveçin xarici işlər naziri Tobias Billstörm isə islamofob təxfibatların qorxulu olduğunu deyib:
“İsveç geniş ifadə azadlığına malikdir, lakin bu bizim və ya İsveç hökumətinin ifadə edilən fikirləri dəstəklədiyi anlamına gəlmir”.
Qeyd edək ki, İsveç hökuməti Türkiyə səfirliyi qarşısında müqəddəs Qurani-Kərim kitabının yandırılmasına icazə vermişdi.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video