“Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş hərracda banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub. Bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Belə ki, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında $52.7 milyon satıldığı halda növbəti hərraclarda uyğun olaraq $51.2 milyon, $35 milyon, $18.7 milyon, $1.5 milyon olub və nəhayət sonuncu hərracda tələbat olmayıb. Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda $159.1 milyon satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - $642.7 milyon olub. Ağla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır”.
BUTA.TV-nin xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.
S.Əliyev qeyd edib ki, bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar: “Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1.7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1.6990 AZN, 5 bankın alış məzənəsi 1.6980 AZN, 4 bankın alış məzənnəsi 1.6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır. Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbı olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1.6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi.
Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir nəinki Mərkəzi Bankdan. Halbuki əslində əksinə olmalıdır. Səbəb nə ola bilər: Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğu yoxsa ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığı? Bəlkə başqa səbəb?”
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış