Dünən Qəbələ rayonunda Nohurqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan meyitin kimə məxsus olması dəqiqləşib.
BUTA.TV "Qafqazinfo”ya istinadən xəbər verir ki, vəhşi heyvanlar tərəfindən parçalanmış və qismən çürüməyə məruz qalmış meyitin Qəbələ şəhər sakini, 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib.
Bildirilib ki, S.Həmidov ötən ilin 30 noyabr tarixindən itkin düşüb və həmin vaxtdan axtarılırmış. 50 yaşlı şəxs Qəbələdə mağaza sahibi kimi tanınıb. Yaxınları onun ölümünün şübhəli olduğunu iddia edirlər. Faktla bağlı araşdırmalar aparılır.
*****
Qəbələdə parçalanmış halda tapılan meyitin iş adamı 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib.
Qaynarinfo-nun məlumatına görə, meyti tapılan sahibkar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin biznesin qurulması və genişləndirilməsi üçün dəstək və xidmətlərindən də yararlanıb.
Qəbələ şəhərindən olan sahibkar Səyavuş Həmidov KOBİA-nın 2019-cu ildə "Uğur sahibləri" layihəsində də iştirak edib.
Bildirib ki, onun işi ticarətdir: "Pal-paltar satırdım və pis də qazanmırdım”.
Səyavuş Həmidov müsahibəsində əlavə edib ki, Qəbələdə özünə məxsus obyekt plana düşdüyündən sökülüb. O, bundan sonra obyekt icarəyə götürsə də, qazancı yaxşı olmayıb.
"Evim mərkəzdə olduğundan KOBİA-nın məsləhəti ilə qabağında mağaza açdım. Satış da yaxşı oldu”, – meyti tapılan iş adamı o vaxt bildirib.
Qeyd edək ki, yaxınları onun ölümünün şübhəli olduğunu iddia edirlər.
Faktla bağlı araşdırmalar aparılır.
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video
- Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!
- “Rusiya qətiyyətli cavab verəcək” - Putindən xəbərdarlıq
- “Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - VİDEO
- AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video