Xocalıda avtomobil dərəyə aşıb, şirkət əməkdaşı xəsarət alıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
O deyib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonunun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Araşdırmalar zamanı məlum olub ki, "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqov idarə etdiyi "Hyundai" markalı yük avtomobillə idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.
Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.
Faktla bağlı araşdırma aparılır.
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?