Türk müğənni Emrahın oğlu Tayfun Erdoğanın nişanından sonra sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.
Belə ki, Tayfunun mərasimdə “Yaşa Azərbaycan” mahnısına oynaması gəlinin azərbaycanlı olduğunu düşündürüb. Bundan əlavə iddia edilib ki, adını Eda İrap kimi qeyd edən xanım həqiqətən də azərbaycanlıdır, əsl adı isə Elnarədir.
BUTA.TV xəbər verir ki, İzləyicilər tərəfindən OLAY-a daxil olan məlumatda isə bildirilib ki, Tayfunun nişanlısı Zaqataladandır, bu da üçüncü evliliyi olacaq. Həmçinin peşəsini jurnalist kimi vurğulayan Eda səhifəsində bir müddət əvvəl Sevil və Sevinc Səfərovaların “Sevdiyim adam” mahnısını paylaşıb.
Lakin Tayfun özü TikTok canlı yayımında gələcək xanımının Bursadan olduğunu bildirib. OLAY hər iki tərəflə də əlaqə saxlamağa çalışıb. Amma bütün bu iddialarla bağlı suallar cavabsız qalıb.

- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı