Əməkdar artist Elnarə Abdullayeva ailədaxili xəyanətdən danışıb.
BUTA.TV xəbər verir ki, MTV telekanalında yayımlanan "Düzünə qalsa" verilişində qonaq olan ifaçı qadınlara məsləhət verib:
"Qadın o qədər səmimi, mehriban olacaq ki, kişi xəyanət etməyəcək. Kişi bir neçə dəfə getdi, gəzdi, gəldi, evə gələndə qadın o qədər mehriban olacaq ki, kişi evə bağlanacaq.
Dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz. Qadın kişi ilə oturub danışmalıdır. Həyat yoldaşım Elxana dedim ki, möhkəm qadınam, hamını çox istəyirəm, amma özümü lap çox. Kimisə sayan deyiləm. Amma sənin edə biləcəyin pis əməl yolumuza çıxar. Deyir, döymə taxta qapımı, döyməyim dəmir qapını. Evinə gələcək xanım Azərbaycanın ən əxlaqsız xanımı olacaq. Həyat bumeranqdır, nə atacaqsan, o da sənə qayıdacaq. Xahişim odur ki, özünü düz apar”.
Verilişdən sözügedən hissəni 27-ci dəqiqədən etibarən izləyə bilərsiniz:
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı