Tovuz rayonunda avtomobil qəzası olub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Əlimərdanlı kənd ərazisində qeydə alınıb.
VAZ-21011 markalı avtomobillə "Mitsubişi" Pikap tipli avtomobil toqquşub. Qəza nəticəsində Hunanlar kənd sakinləri - 1976-cı il təvəllüdlü Əli Abuzərov və 1976-cı il təvəllüdlü Nabat Abbasov dünyasını dəyişib.
Tovuz rayon sakinləri 1964-cü il təvəllüdlü Mayın Quliyev, 1965-ci il təvəllüdlü Asiman Abuzarov və 1970-ci il təvəllüdlü Natiq Qasımov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı
- MN həftəlik icmalını təqdim etdi - Video
- “Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video
- Prezident Qətər Əmirinə başsağlığı verdi
- I və IV qruplara imtahanlar keçirildi
- Sabah çimərliklərdə hava necə olacaq?