Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə onun vəkillərindən Zibeydə Sadıqova məlumat yayıb. Müdafiəçi qeyd edib ki, vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər.
Qeyd edək ki, ötən il dekabrın 9-da həbs edilən B.Hacıyev Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılırdı.
Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin pis durumda olduğunu bildirir.
Hacıyev jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə təqsirli bilinir.
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video
- AB-nin qaz ehtiyatları kəskin azaldı
- Tramp Ayda bir obyektə adının verilməsini istəyir
- Retkliff Moskvada Zelenski-Putin görüşünü təklif edib
- Böyük fəlakət: Dünyaya trilyonlarla dollarlıq ziyan vurulacaq
- Kim Çen İn müdafiə nazirini vəzifəsindən azad etdi