Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində bir binanın belə uçmaması qardaş ölkə mediasında baş xəbərə çevrilib.
BUTA.TV xəbər verir ki, Erzin qəsəbəsinin Hataydan 110, Osmaniyədən isə 20 km məsafədə yerləşdiyi bildirilir.
Erzin rayon bələdiyyəsinin sədri Ökkeş Almasoğlu deyib ki, yeraltı təkanlar nəticəsində heç yaralanan da olmayıb: “Erzindən kənarda - İsgəndərun, Hatay, Osmaniyədə yaşayan 50-60 sakinimiz hadisə nəticəsində öldü. Ancaq Erzində zəlzələ zamanı ölən və yaralanan olmadı”.
Bələdiyyə sədrinin iddiasına görə, onun dönəmində rayon ərazisində qanunsuz tikintiyə icazə verməyib və ona görə də uçqun yoxdur.
Qeyd edək ki, Almasoğlu CHP-dən seçilib və bu faktı əsas götürənlər AKP-yə qarşı kampaniya aparırlar.
İqtisadçı-ekspert Natiq Cəfərli isə bu yöndə araşdırmasını qeyd edib. O bildirib ki, həmin qəsəbədə CHP yalnız son, 2019-cu il seçimlərini udub, bundan öncə isə 2014-də və 2009-da həmin qəsəbədə bələdiyyə seçkilərini AKP qazanıb.
“Cəmi 2,5 ildir qəsəbə CHP-dədir, bu zaman kəsimində 3-4 bina ya tikilib, ya tikilməyib. Halbuki əsas tikinti bumu 2009-2019 arası, AKP dönəmində olub”, - ekspert bildirib.
Beləliklə, Erzində tikintilərin zərər görməməsinin səbəbi zəlzələ dağlarla əhatə olunması yox, məhz tikintinin keyfiyyətidirsə, onda bu. AKP-nin xidmətidir.
Xatırladaq ki, Türkiyənin Qəhrəmanmaraş şəhərinndə 6 fevralda baş verən ardıcıl zəlzələlər nəticəsində son məlumata görə ölənlərin sayı 22327-yə qalxıb.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video