"Trans Səbiş" və daha 2 nəfər saxlanıldı - SON DƏQİQƏ

12:19 - 13 Fevral 2023 - KRİMİNAL

Daxili İşlər Nazirliyindən   məlumata görə, fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub.  

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub.  Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Manset.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan biri əvvəllər məhkum olunmuş Qismət Soltanov sosial şəbəkələrdə "Trans Səbiş" ləqəbi ilə tanınan cinsi azlıq nümayəndəsidir.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol