Meyxanaçı Ələkbər Yasamallı bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb.
BUTA.TV xəbər verir ki, o, "TikTok"da canlı yayım zamanı həbsxanada olan Rəşadla görüşəcəyini deyib:
“Rəşad da bizim evdə böyüyən uşaqdır. Onun barəsində heç nə danışmıram. Çünki mənə verəcək cavabı yoxdur. Dörd divar arasındadır, qolu bağlıdır. İnşallah görüşəcəyik, üzbəüz gələndə mənim ona, onun mənə deyiləcək sözü olacaq. Bir insan ki, mənə cavab vermə imkanı yoxdur, ona nə gəldi demək mənə yaraşmaz. İnşallah yaxşı olur”. Qeyd edək ki, R. Dağlı İskəndər Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava